İsveçin NATO-ya üzvlüyü barədə TBMM-də müzakirələr başlayıb

İsveçin NATO-ya üzvlüyü barədə TBMM-də müzakirələr başlayıb

Bakı. TurkicWorld:

İsveçin NATO-ya üzvlüyü barədə Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında müzakirələr başlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə TBMM-dən bildirilib.

Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilərsə və prezident Ərdoğan tərəfindən imzalansa, İsveç NATO-nun 32-ci üzvü kimi Avro-Atlantik təhlükəsizlik alyansına qoşulacaq.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokol ilk dəfə 2023-cü il noyabrın 16-da TBMM-nin Xarici Əlaqələr Komissiyasının gündəliyinə çıxarılıb.

Qoşulma Protokolu, 2023-cü ilin dekabrın 26-da Parlamentin Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilib.

Hafiz Rufizoğlu