Son dəqiqə

Türksat 6A Abdulkadir Uraloğlu

TÜRKSAT 6A-nı kosmosa göndərdiyimiz zaman rabitə peykləri istehsal edə bilən 10 ölkə arasında olacağıq - Uraloğlu

Bakı. TurkicWorld:

TÜRKSAT 6A-nı kosmosa göndərdiyimiz zaman rabitə peykləri istehsal edə bilən 10 ölkə arasında olacağıq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"TUSAŞ obyektlərində Kosmik Sistemlərin İnteqrasiya və Test Mərkəzində (USET) işlər davam edir. TÜRKSAT 6A bizim üçün yeni bir mərhələ olacaq. TÜRKSAT 6A-nı kosmosa göndərdiyimiz zaman rabitə peykləri istehsal edə bilən 10 ölkə arasında olacağıq. Alper Gezeravcı elmi araşdırmalar aparacaq və Türkiyənin kosmos fəaliyyətlərinə əhəmiyyətli töhfələr verəcək",-deyə nazir bildirib.

Abdulkadir Uraloğlu qeyd edib ki, nazirliyimiz tərəfindən həyata keçirilən ən mühüm beynəlxalq dəhliz işlərindən biri olan İnkişaf Yolu Layihəsinin ən mühüm halqası olan “Yavuz Sultan Səlim Körpüsü” üzərindən keçəcək dəmir yolu layihəsinin tenderini bu il ərzində keçirməyi planlaşdırırıq.

"Həm ölkəmiz, həm də İstanbul üçün olduqca vacib əhəmiyyət kəsb edən bu irəliləyişlə Sabiha Gökçen Hava Limanı və İstanbul Hava Limanını dəmir yolu ilə birləşdirəcəyik. Beləliklə, İstanbul və Sabiha Gökçen hava limanlarımızın beynəlxalq hava yük, texniki-təmir və transfer mərkəzinə çevrilməsini təmin edəcəyik",- deyə nazir vurğulayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər