Türkiyədə sabah keçiriləcək Nazirlər Kabinetinin iclasında terrorla mübarizə məsələsi müzakirə olunacaq

Türkiyədə sabah keçiriləcək Nazirlər Kabinetinin iclasında terrorla mübarizə məsələsi müzakirə olunacaq

Bakı. TurkicWorld:

Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Nazirlər Kabinetinin iclası keçiriləcək.

TurkicWorld-un məlumatına görə, Nazirlər Kabinetinin iclasında inflyasiya və qiymət artımı ilə mübarizə üçün atılacaq əlavə addımlar da müzakirə olunacaq. Mərkəzi Bankın monetar sərtləşdirmə addımlarının bazarlara təsiri və ehtiyatlardakı son vəziyyət qiymətləndiriləcək.

İclasın digər gündəm məsələsi Türkiyənin antiterror əməliyyatlarıdır. Bu çərçivədə İstanbulda keçirilən təhlükəsizlik sammitindən alınan qərarlar Nazirlər Kabinetində də müzakirə olunacaq. Terror təşkilatı PKK-ya qarşı Suriya və İraqın şimalında və ölkədə davam edən əməliyyatlar müzakirə olunacaq.

Eyni zamanda, Nazirlər Kabinetinin iclasında İsrailin Fələstinə hücumları, Türkiyənin Qəzzada atəşkəsə nail olmaq üçün diplomatik təşəbbüsləri və Qırmızı dənizdəki gərginlik də müzakirə olunacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_