MİT İraqda xüsusi təhlükəli terrorçunu zərərsizləşdirib

MİT İraqda xüsusi təhlükəli terrorçunu zərərsizləşdirib

Bakı. TurkicWorld:

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Şimali İraqda həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/KCK terror təşkilatı üzvü Həsən Seburi zərərsizləşdirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə təhlükəsizlik mənbələrindən bildiriblər.

“Redur Baz” kod adlı silahlı Süleymaniyyə rayonunda zərərsizləşdirilib

Bildirilib ki, terrorçu Türkiyə ilə bağlı kəşfiyyat toplayır və müşahidə aparırmış. O, əvvəllər bunun üçün xüsusi təlim keçib.

H.Seburi qruplaşmaya keçən il İranda qoşulub.