TOGG yeni modelinin ilk görüntülərini paylaşıb

TOGG yeni modelinin ilk görüntülərini paylaşıb

Bakı. TurkicWorld:

TOGG, CES 2024 istehlak elektronikası və İT sərgisində nümayiş etdirilməsi gözlənilən yeni sedan modelinin ilk tanıtım videosunu paylaşıb.

TurkicWorld-un məlumatına görə, bu barədə TOGG öz sosial media hesabında paylaşım edib.

Yanvarın 9-12-də Las-Veqasda keçiriləcək CES 2024 sərgisində təqdim edilməsi gözlənilən yeni modelin daha əvvəl elan edilmiş model adlandırma sisteminə görə "T10S" olaraq buraxılacağı təxmin edilir.

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır TOGG-un sedan modelinin 2024-cü ilin sonunda təqdim ediləcəyini və istehsalın 2025-ci ildə başlayacağını açıqlayıb.

Hafiz Rufizoğlu