Türkiyə Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu üzərinə götürməyə hazırdır - Ərdoğan

Türkiyə Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu üzərinə götürməyə hazırdır - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu üzərinə götürməyə hazırdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimr Zelenski ilə telefon danşığı zamanı deyib.

Görüşdə regional və qlobal problemlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi müzakirə edilib.

Ərdoğan bildirib ki, Türkiyə həm Ukraynada, həm də Fələstin torpaqlarında axan qanların dayandırılması və daimi sülhün təmin edilməsi üçün intensiv səylər göstərir.

O taxıl dəhlizinin yenidən qurulmasının, fəaliyyətə başlamasının vacib olduğunu və bu məqsədlə diplomatik təmasları davam etdirdiyini vurğulayıb.

Ərdoğan Ukraynada ən qısa zamanda atəşkəsin yaradılması və sülh üçün qapının açılması lazım olduğunu bildirib.

Hafiz Rufizoğlu