AK Partiya ilə MHP bələdiyyə seçkilərində 51 vilayət və 30 böyük şəhərlə bağlı razılığa gəlib

AK Partiya ilə MHP bələdiyyə seçkilərində 51 vilayət və 30 böyük şəhərlə bağlı razılığa gəlib

Bakı. TurkicWorld:

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) bələdiyyə seçkilərində 51 vilayət və 30 böyük şəhərlə bağlı razılığa gəlib.

TurkicWorld xəbər verir ki, bu barədə MHP sədr müavini Feti Yıldız açıqlama verib.

Məlumata əsasən, MHP namizədlərinə Mersin və Manisada, AK Partiya namizədlərinə isə 28 böyük şəhərdə dəstək veriləcək. Digər 51 vilayətdən 29-da əməkdaşlıq olacaq, 22 vilayətdə isə hər iki partiya öz namizədləri ilə seçkilərdə iştirak edəcək.

Qeyd edək ki, Türkiyədə 31 mart 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək.

X: Lamanasadli01