Ərdoğan Serbiyaya rəsmi səfər edəcək

Ərdoğan Serbiyaya rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Belqraddakı səfiri Hami Aksoy məlumat verib.

Qeyd edək ki, son beş ildə Türkiyə ilə Serbiya arasında 26 müqavilə imzalanıb və ikitərəfli ticarət həcmi rekord həddə çatıb.

Serbiya Türkiyəyə viza rahatlığı təmin edib ki, bu da bir çox türk vətəndaşının buraya gəlməsinə şərait yaradır.

Aytac Süleymanova

Twitter: a_alieva_