Ərdoğan Serbiya prezidentini seçkilərdəki qələbəsi münasibəti ilə təbrik edib

Ərdoğan Serbiya prezidentini seçkilərdəki qələbəsi münasibəti ilə təbrik edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya prezidenti Aleksandr Vuçiçi seçkilərdə qazandığı qələbə münasibəti ilə təbrik edib.

TurkicWorld-un məlumatına görə, iki lider arasında telefon danışığı baş tutub.

Görüşdə Türkiyə-Serbiya münasibətləri, qlobal və regional problemlər müzakirə edilib.

Ərdoğan iki ölkə arasında möhkəm münasibətlərin və əməkdaşlığın yeni dövrdə də inkişaf edəcəyini bildirib.

Hafiz Rufizoğlu