Hakan Fidan Norveçə rəsmi səfər edəcək

Hakan Fidan Norveçə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bu gün Norveçə rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, Hakan Fidan Qəzzada müharibəyə son qoymaq və daimi sülhü təmin etmək üçün Osloya səfər edəcək.

Hakan Fidan, Təmas Qrupundakı həmkarları ilə birlikdə Norveç, İsveç, Finlandiya, Danimarka, İslandiya, Belçika, Hollandiya və Lüksemburqun səlahiyyətliləri ilə görüşəcək.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 18 min 608-ə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_