Bayraktar TB2-lər tezliklə silahlı qüvvələrimizin bir hissəsi olacaq - Albaniya

Bayraktar TB2-lər tezliklə silahlı qüvvələrimizin bir hissəsi olacaq - Albaniya

Bakı. TurkicWorld:

Bayraktar TB2-lər tezliklə silahlı qüvvələrimizin bir hissəsi olacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Albaniyanın Baş naziri Edi Rama öz sosial media hesabında paylaşım edib.

“Albaniyanı bu pilotsuz uçuş aparatları parkı ilə tamamlamaq həm milli təhlükəsizliyimiz, həm də alyansın milli təhlükəsizliyi üçün milli təhlükəsizlik strategiyası, hərbi strategiyadan irəli gələn öhdəliklər və NATO-nun potensial hədəflərinə uyğunluq baxımından xüsusi əhəmiyyət kəsb edir” – deyə Rama bildirib.

Məlumat üçün qeyd edək ki, 2022-ci ilin dekabr ayında Albaniya ilə Türkiyə arasında strateji tərəfdaşlığın məhsulu olaraq Bayraktar TB2 PUA donanmasının alınması üçün müqavilə imzalanıb.

Hafiz Rufizoğlu