Türkiyənin İHA-122 havadan atılan ballistik raketləri 2024-cü ildə inventara daxil ediləcək (ÖZƏL)

Türkiyənin İHA-122 havadan atılan ballistik raketləri 2024-cü ildə inventara daxil ediləcək (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Roketsan şirkəti Pilotsuz Uçuş Aparatları üçün hazırladığı yeni İHA-122 havadan atılan ballistik raketləri 2024-cü ildə inventara daxil ediləcək.

TurkicWorld-un məlumatına görə, ilk sınaq atəşində 55 kilometr məsafədən hədəfi müvəffəqiyyətlə vurmağı bacaran İHA-122, əslində sənayedə "havadan atılan ballistik raket" də adlandırılır. Dünyada bu imkana malik çox az ölkə var.

Onun ən mühüm mümkün hədəfləri arasında düşmənin hava hücumundan müdafiə elementləri var. Çox yüksək sürətə malik olduqları üçün düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən çox gec aşkar edilir. Bugünkü şərtlərlə danışsaq, çox az ölkənin İHA-230 və ya İHA-122-ni dayandıra bilən hava hücumundan müdafiə sistemlərinin olduğu məlumdur.

Qeyd edək ki, bu raketlər hava hücumundan müdafiə sistemlərindən başqa, düşmənin kritik baza və mərkəzlərini də hədəfə ala bilir. Bundan əlavə, lazımi şərtlər yerinə yetirilərsə, düşmən donanmasının elementləri də eyni raketlərlə vurula bilər.

Xatırladaq ki, Roketsan tərəfindən istehsal edilən İHA-230 səsdən yüksək sürətli raketi 150+ kilometr uçuş məsafəsinə malikdir. Hissəcik effektli döyüş başlığına sahib olan İHA-230-da müxtəlif hədəf tiplərinə qarşı zirehli deşici və ya termobarik döyüş başlığı variantları da var.

Aytac Süleymanova

Twitter: a_alieva_