Son dəqiqə

Türkiyə Fələstin Rəcəb Tayyib Ərdoğan AK Parti Milliyyetçi Harekat Partiyası (MHP) Qəzza

AK Parti Mərkəzi Qərar və İdarə Heyətinin bu gün iclası keçiriləcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün ölkənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) iclası keçiriləcək.

TurkicWorld xəbər verir ki, iclasda müzakirə ediləcək məsələlər arasında İsrailin Qəzzaya hücumları olacaq. Bölgədəki humanitar vəziyyət və Türkiyənin Fələstindəki diplomatiyası ilə bağlı qiymətləndirmə aparılacaq.

Məlumata əsasən, MKYK toplantısının digər gündəm maddəsi 31 mart 2024-cü ildə keçiriləcək yerli özünüidarə seçkilərinə hazırlıq olacaq.

Bələdiyyə sədrliyinə namizədlərin müəyyən edilməsi üçün dünən ilk iclasını keçirən Namizədlik Komissiyasının işi müzakirə olunacaq.

AK Partiya ilə Milliyətçi Hərəkat Partiyası (MHP) heyətləri arasında bələdiyyə seçkilərində əməkdaşlıqla bağlı müzakirələrdə son vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyədə 31 mart 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər