Gebzedə palet fabrikində güclü yanğın olub

Gebzedə palet fabrikində güclü yanğın olub

Bakı. TurkicWorld:

Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda palet fabrikində güclü yanğın olub.

TurkicWorld xəbər verir ki, hadisə yerinə AFAD, təcili tibbi yardım, jandarma və xilasetmə qurupları cəlb edilib.

Yanğın geniş ərazini əhatə edib, İstanbul və ətraf vilayətlərdən bölgəyə gücləndirilmiş su tankerləri və yanğınsöndürmə briqadaları göndərilib. Şiddətli yanğın 8 saatdan sonra nazarətə alına bilib.

Yanğınsöndürənlərin soyutma işləri davam edir.

X: Lamanasadli01