Türkiyə elektron müharibə imkanlarını təkmilləşdirəcək – Haluk Görgün

Türkiyə elektron müharibə imkanlarını təkmilləşdirəcək – Haluk Görgün

Bakı. TurkicWorld:

Türkiyə elektron müharibə imkanlarını təkmilləşdirəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi rəhbəri Haluk Görgün I Elektron Müharibə Simpoziumunda çıxışında deyib.

Görgün bildirib ki, elektron müharibəyə düşmən qüvvələrinin elektron sistemlərinin və mövqelərinin aşkar edilməsi və məhv edilməsi, onların effektivliyinin azaldılması, dost qüvvələrin elektron sistemlərinin düşmən tərəfindən aşkarlanması və ya zərərsizləşdirilməsinin qarşısını almaq üçün istifadə olunan sistem və üsullar daxildir.

“Bizim gəldiyimiz nöqtə, xüsusən də quru və hava sistemlərini nəzərdən keçirdikdə, kiçik məsələ deyil. Xüsusilə, biz uzaqdan qarışdırma qabiliyyəti olan Air SOJ, qarışdırma qabiliyyəti ilə müşayiət olunan EH Pod, yaxın qarışdırma qabiliyyətinə malik İHA SOJ və onları qurudan dəstəkləyə bilən KORAL kimi inkişaf etdirdiyimiz sistemləri nəzərə alsaq, yaxşı səviyyədə olduğumuzu düşünə bilərik, lakin bu elə bir sahədir ki, davamlı yenilənməlidir.” – deyə o qeyd edib.

Görgün mətbuata verdiyi açıqlamada simpoziumda elektron müharibə sahəsində gələcək mümkün yanaşmaların, mövcud vəziyyətin, bu sahədə edilə biləcək sərmayə və fəaliyyətlərin bütün aspektlərini dəyərləndirdiklərini bildirib.

Hafiz Rufizoğlu