Son dəqiqə

Azərbaycan Türkiyə

Azərbaycanda yenilik və rəqəmsal transformasiya üçün güclü motivasiya var - Mine Taşkaya (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycanda yenilik və rəqəmsal transformasiya üçün güclü motivasiya var.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyənin "G Teknoloji Bilişim" Sənaye və Ticarət şirkətinin təsisçisi və CEO-su Mine Taşkaya deyib.

"Şirkətimiz 23 il əvvəl yaradılıb və bu müddət ərzində çox ciddi təcrübə əldə etmişik. Bütün sektorlarda müştərilərimiz var, təkcə banklar və sığorta şirkətləri deyil, Türkiyədə holdinqlər və dövlət satış şirkətləri də bizimlə işləyir. Məhsullarımızı müştərilərimizə uyğun inkişaf etdiririk. Eyni zamanda, dünyanın ən yaxşı texnologiya şirkətləri bizim biznes tərəfdaşlarımızdır. Azərbaycan çox güclü dövlətdir və burada çox böyük şirkətlər var. Sadəcə, bu şirkətlərin texnologiya və rəqəmsal transformasiyada sıçrayışa ehtiyacı var",- deyə Mine Taşkaya qeyde dib.

CEO bildirib ki, bütün təcrübəmizlə Azərbaycanda texnologiya sahəsinə böyük dəyər qatacağımızı düşünürük. Şirkət olaraq bizim üçün ən vacibi müştərilərimizə təqdim etdiyimiz məhsullar və təcrübə sahələri ilə yüksək xidmət göstərmək, onlara yerli və qlobal bazarlarda rəqabət gücü əlavə etməkdir.

"Azərbaycanda istər dövlət idarəçiliyində, istərsə də qurumlarda yenilik və rəqəmsal transformasiya üçün güclü motivasiya var. Biz illərdir müxtəlif şirkətlər və ölkələrlə iş görürük, lakin heç vaxt indiki qədər motivasiyalı olmamışıq. Azərbaycanda güclü enerji var. Biz burada yeniliyə meyillənmə çağırışını hiss edirik. Bu da bizi motivasiya edir, düşünürük ki, biz burada iş qurmalıyıq. Əminəm ki, 5-10 ildən sonra geriyə baxanda biz Azərbaycanda gördüyümüz işlərin çox yaxşı nəticələrinin şahidi olacağıq. Şirkət olaraq burada olmaqdan və bu dəyər zəncirinin bir hissəsi kimi çıxış etməkdən qürur duyuruq",- deyə Mine Taşkaya vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə “Türkiyə texnologiya bazarı ilə tanışlıq” tədbirinin ikinci mərhələsi baş tutub. Türkiyənin Kommunikasiya Texnologiyaları Klasteri (HTK), Türkiyə Proqram İstehsalçıları Birliyi (YASAD) və Türkiyə Xidmət İxracatçıları Birliyi (HİB) kimi əsas sənaye oyunçuları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirdə Türkiyənin 19 aparıcı İKT şirkətinin nümayəndələri iştirak edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər