Son dəqiqə

Yunanıstan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Yunanıstan Türkiyənin düşməni deyil - Ərdoğan

Bakı. TurkicWorld:

Yunanıstanın Türkiyənin düşməni deyil, tərkibində olduğu alyansın (NATO) dəyərli üzvüdür.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Yunanıstan və biz qonşuyuq, qonşu olaraq qalacağıq, bir-birimizin hüquqlarına və həyati mənafelərinə qarşılıqlı hörmət etməliyik. Biz dostluğumuzu bütün səmimi niyyətimizlə göstəririk. Əsrlər boyu birlikdə yaşadığımız yunan xalqı mədəniyyətimizdəki tolerantlığı və səmimiyyəti çox yaxşı bilir. Biz münasibətlərimizi daha da yaxşılaşdırmaq istəyirik. Qərb mediası isə mənim sözlərimi təhrif etməyə çalışır. Türkiyə heç vaxt qonşu Yunanıstanı düşmən görməyib. Bütün ölkələr kimi bizim də düşmənə deyil, dosta ehtiyacımız var. Mən tez-tez deyirəm ki, qonşularımızla, xüsusilə Yunanıstanla həlli olmayan heç bir problemimiz yoxdur. Biz artıq Yunanıstanın baş naziri Kiryakos Miçotakisdə də Türkiyəninkinə bənzər bir yanaşmanı müşahidə etməkdən məmnunuq. İnanıram ki, Yunanıstana səfərimdən sonra biz, iki qonşu dövlət olaraq güclü və konstruktiv addımlar atacağıq",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Yunanıstan arasında keçiriləcək 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YDİK) toplantısı çərçivəsində sabah Afinaya rəsmi səfər edəcək.

Mövzuya görə xəbərlər