Son dəqiqə

Özəl ASELSAN Türkiyə Müdafiə Sənayesi İdərəsi

ASELSAN və Türkiyə Müdafiə Sənayesi İdarəsi arasında 30 milyon dollar dəyərində müqavilə imzalanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin ASELSAN şirkəti və Müdafiə Sənayesi İdarəsi arasında Pilotsuz Uçuş Aparatlarında (PUA) istifadə üçün elektron müharibə sistemlərinin inkişafı, istehsalı və inteqrasiyası çərçivəsində 30 milyon 262 min 532,56 dollar (556 milyon 743 min 98,81 lirə) dəyərində müqavilə imzalanıb.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.

Məlumata əsasən, sözügedən müqavilə çərçivəsində tədarüklərin 2025-2029-cu illər arasında həyata keçiriləcəyi gözlənilir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər