Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Qətər

Ərdoğan Dohada EXPO 2023 sərgisini ziyarət edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfəri çərçivəsində Dohada EXPO 2023 sərgisini ziyarət edib.

TurkicWorld xəbər verir ki, R.T.Ərdoğan Doha EXPO 2023 Sərgisində Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin pavilyonlarının mütəşəkkil və güclü olduğunu bildirib.

“Sərginin gələcək dövrlərdə daha çox iştirakçısının olması və dünya ticarətini bir-biri ilə əlaqələndirəcəyinə ümid edirik. Başda Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani Lusail olmaqla bu qlobal təşkilatı təşkil etdiyi üçün Qətər rəhbərliyinə özüm və millətim adından təşəkkür edir, uğurlarının davam etməsini arzulayıram”, – deyə Ərdoğan vurğualyıb.

Qeyd edək ki, 4 dekabr tarixində Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin IX iclası keçirilib.

Türkiyə prezidentini, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, AK Partiya sədr müavini və Partiya sözçüsü Ömər Çelik, Prezident Aparatının Kommunikasiyalar Direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi rəhbəri Haluk Görgün və Prezidentin Baş müşaviri, səfir Akif Çağatay Kılıç müşaiyət edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər