İslam Əməkdaşlıq Təşkilatı adından təmas qrupu fəaliyyətə başlayıb - Ərdoğan

İslam Əməkdaşlıq Təşkilatı adından təmas qrupu fəaliyyətə başlayıb - Ərdoğan

Bakı. TurkicWorld:

İslam Əməkdaşlıq Təşkilatının Ər-Riyad Zirvə toplantısında qəbul edilən qərardan sonra İslam Əməkdaşlıq Təşkilatı adından müvafiq əlaqə qrupu fəaliyyətə başlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"İslam ölkələri Qəzza və Fələstin məsələsinə diqqət yetirərkən, indiyə qədər heç vaxt olmayan bir şəkildə bir araya gəldilər və bir çoxları üçün dediyimiz “bölgə xalqı öz problemlərini həll etsin” prinsipini həyata keçirdilər. Bunun institusionallaşdırılması bəlkə də bizim ən böyük strateji qazancımızdır. Bu qrupun Qəzza ilə bağlı faydası o idi ki, İslam Əməkdaşlıq Təşkilatı üzvlərini ortaq siyasət ətrafında birləşdirdi. Qəzzada atəşkəsin təmin edilməsi üçün çalışarkən, paralel olaraq iki dövlətli həll istiqamətində işi davam etdirməliyik",- deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, İsrailin Qəzzaya hücumlarını dayandırmaq və daimi atəşkəs təmin etmək üçün hər cür səy göstərdiyimiz kimi, bundan sonra da eyni istiqamətdə səylərimizi davam etdirəcəyik. Biz həmişə əvvəldən vurğulamışıq ki, biz münaqişədə humanitar fasilədən çox, daimi atəşkəsin tərəfdarıyıq.

Aytac Süleymanova

Twitter: a_alieva_