Son dəqiqə

Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi İslam Əməkdaşlıq Təşkilatı İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalı İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025 mədəniyyətlərarası dialoqu Yaradıcı Həftə Baku Cinema Breeze – 2025 Mədəni və yaradıcı sənayelər forumu (MYFORUM) Creative Village: mədəni və yaradıcı sənayelər sərgisi MYEXPO Baku Cinema Breeze – 2025 beynəlxalq kino proqramı Şərq moda nümayişi

Heydər Əliyev Fondu İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftənin tərəfdaşı oldu

BAKI, TurkicWorld

Heydər Əliyev Fondu İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalının tərəfdaşı olub. "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" dekabrın 5-11-də İslam Əməkdaşlıq Təşkilatının və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

TurkicWorld xəbər verir ki, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği festivalın əsas istiqamətlərdəndir.

50-dən çox ölkədən qonağın iştirak edəcəyi Yaradıcı Həftə çərçivəsində təqdim olunacaq kino, teatr, dəb, dizayn, musiqi, oyun texnologiyaları, rəqəmsal yaradıcılıq və startap sahələrinə yönəlmiş panellər, nümayişlər, sərgilər və digər fəaliyyətlər ölkəmizin yaradıcı sənaye ekosistemini qlobal müstəvidə tanıdacaq.

Festival günlərində "Mədəni və yaradıcı sənayelər forumu" (MYFORUM), "Creative Village": mədəni və yaradıcı sənayelər sərgisi" (MYEXPO), "Baku Cinema Breeze – 2025" beynəlxalq kino proqramı, "Şərq moda nümayişi" – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB) və digər təqdimatlar olacaq.

Mövzuya görə xəbərlər