Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 dekabr tarixində Yunanıstana rəsmi səfər edəcək.
TurkicWorld-un məlumatına görə, Ərdoğan Türkiyə ilə Yunanıstan arasında keçiriləcək 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YDİK) toplantısı çərçivəsində Afinaya səfər edəcək.
Görüş zamanı, Türkiyə-Yunanıstan arasında mehriban qonşuluq münasibətləri qurmaq, sərhədlərdə sülhü təmin etmək və miqrasiya axınının qarşısını almaq kimi məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, Yunanıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Yunanıstan və Türkiyə arasında 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının iki ölkənin razılığı ilə dekabrın 7-də Afinada keçiriləcəyi açıqlanıb.
Aytac Süleymanova
Twitter: a_alieva_