Son dəqiqə

Türkiyə Yunanıstan

Türkiyə və Yunanıstan ticarət sahəsində əməkdaşlıq edəcək - Yunanıstan XİN

Bakı. TurkicWorld:

Türkiyə və Yunanıstan ticarət sahəsində əməkdaşlıq edəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Yunanıstan Xarici İşlər naziri Giorgos Yerapetritis deyib.

"Yaxın gələcəkdə iqtisadiyyat, turizm və mədəniyyət sahələrində müqavilələr imzalamaq üçün siyasi gündəliyimiz var. Düşünürəm ki, problemlərimizin həllində qazan-qazan həll yollarına diqqət yetirməliyik. Ona görə də həmkarlarımla sıx işləyirəm",- deyə nazir bildirib.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib ki, Yunanıstanla qarşıdurmalarımız olub, amma bunlara baxmayaraq biz əlaqələrimizi genişləndirməyə başlayırıq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər