Son dəqiqə

Türkiyə PKK

Türkiyə PKK ilə əlaqəsi olduğu iddia edilən 82 təşkilatın aktivlərini dondurub

Bakı. TurkicWorld:

Türkiyə Avstraliya, Yaponiya və müxtəlif Avropa ölkələrində PKK terror təşkilatı ilə əlaqəsi olduğu iddia edilən 82 təşkilatın aktivlərini dondurub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi bildirib.

Məlumata əsasən, qərarın terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı verildiyi bildirilib.

Siyahıda Almaniya və İsveçrədən üç təşkilat, Avstraliya, İtaliya və Yaponiyadan isə iki təşkilatın adı çəkilib.

Qeyd edək ki, Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər