Türkiyə Ticarət nazirliyi Vyetnam Ömər Bolat

Vyetnam və Türkiyə iqtisadi əməkdaşlığını artırmağa davam edəcək - Bolat

Bakı. TurkicWorld:

Türkiyənin ticarət naziri Ömər Bolatla Vyetnam Baş naziri Pham Minh Chinh arasında görüş keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat öz rəsmi X sosial media hesabında bildirib.

Məlumata əsasən, tərəflər arasında ticarətin daha balanslı olması, türk məhsullarının Vyetnam bazarına çıxış şərtlərinin asanlaşdırılması və türk podratçı şirkətlərinin Vyetnamdakı layihələrdə daha fəal iştirak etməsi ilə bağlı məsələlər müzakirə edilib.

"Vyetnam və Türkiyə iqtisadi və ticarət əməkdaşlığını artırmağa davam edəcəklər", - deyə Bolat vurğulayıb.

Qeyd edək ki, Vyetnam Baş naziri Pham Minh Chinh Türkiyə ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 45-ci ildönümü ilə əlaqədar Ankaraya rəsmi səfər edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər