Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
TurkicWorld xəbər verir ki, iclasda Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət müzakirə ediləcək.
Məlumata əsasən, Qəzzada son vəziyyət, Fələstinə humanitar yardımın çatdırılması və terrorla mübarizə əməliyyatları da müzakirə ediləcək mövzular arasındadır.
Bundan əlavə, Türkiyənin bölgədə sülhü təmin etmək üçün göstərdiyi səylər müzakirə olunacaq. Fələstinə humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı prosesə baxılacaq.