Türkiyənin LUMTAS-GM tank əleyhinə raketinin uzaqmənzilli sınaq atışı həyata keçirilib (ÖZƏL)

Türkiyənin LUMTAS-GM tank əleyhinə raketinin uzaqmənzilli sınaq atışı həyata keçirilib (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Roketsan şirkəti tərəfindən LUMTAS-GM tank əleyhinə raketinin uzaqmənzilli sınaq atışı həyata keçirilib.

TurkicWorld-un məlumatına görə, hal-hazırda UMTAS, OMTAS, LUMTAS raketləri Türkiyə Silahlı Qüvvələri tərəfindən aktiv şəkildə istifadə edilir.

Buna idarə olunan tank əleyhinə raketlər deyilsə də, bu gün bu sistemlər yüksək partlayıcı hissəcikləri və termobarik döyüş başlıqları sayəsində fərqli vəzifələrdə də istifadə olunur.

Bu gün tank əleyhinə raketlər “çoxməqsədli” məhsula çevrilib. Bu prosesdə sensor imkanları və raket texnologiyaları da inkişaf edib. Təbii ki, diapazonlar da uzanıb. LUMTAS-GM belə bir məhsuldur. Yerdən atəş açdıqda 16 kilometrə, havadan atəş açdıqda isə 20 kilometrə qədər təsirli olur.

Beləliklə, bu silahla Türkiyə tank əleyhinə raketlər və qanadlı raketlər arasında olan sahədə ehtiyacını qarşılayacaq və düşmən qüvvələrinin radar, tank və raket maşınları kimi bütün növ quru hədəfləri üçün milli, sərfəli və effektiv həll yolu yaradılıb.

LUMTAS-GM raketi gələcəkdə Türkiyənin pilotsuz quru vasitələrində, dəniz və hava nəqliyyatında da istifadə edilə bilər. Hücum helikopterlərinin təhlükəsiz məsafələrdən hədəfləri məhv etməsi üçün LUMTAS kimi raket xüsusilə vacibdir.

ROKETSAN həmçinin UMTAS-GM-in Blok-II versiyası üzərində işləyir. UMTAS GM Blok-II ailəsi qurudan 32 km, havadan isə 50 km məsafə qət edə bilən daha böyük, daha effektiv raket olacaq.

Bu o deməkdir ki, Türkiyə kimi çox fərqli sahələrdə əməliyyatlar aparan bir ölkə daha bir kritik qabiliyyət qazanacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_