Türkiyə Vyetnam

Vyetnam Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Vyetnam Baş naziri Pham Minh Chinh 29 noyabr-3dekabr tarixlərində Türkiyədə rəsmi səfərdə olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Vyetnamın xarici işlər nazirinin müavini Do Hunq Vyet BMT-nin İqlim Dəyişikliyi üzrə 28-ci Konfransında (COP28) bildirib.

Məlumata əsasən, bu, Vyetnam Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəridir.

Səfərin Vyetnam ilə Türkiyə arasında iqtisadiyyat, ticarət və investisiyalar, innovasiya, elm-texnologiya və enerji kimi yeni sahələrdə əməkdaşlıq üçün yeni töhfələr verəcəyi gözlənilir.

Bundan əlavə, Baş nazir Türkiyənin aparıcı müəssisələri, korporasiyaları və investisiya fondlarının nümayəndələri ilə görüş keçirəcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər