Son dəqiqə

Türkiyə NATO PKK Yens Stoltenberq

NATO və Türkiyə PKK-ya qarşı birlikdə mübarizə aparır - Stoltenberq

Bakı. TurkicWorld:

Türkiyə ilə birlikdə PKK-ya qarşı mübarizəni davam etdiririk.

TurkicWorld-un məlumatına görə, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

"Heç bir NATO müttəfiqi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb. Biz Türkiyə ilə birlikdə terror qruplaşmalarından qorunmaq üçün çalışmalıyıq. Hazırda Türkiyə ilə birlikdə PKK-ya qarşı mübarizəni davam etdiririk. Mən, terrorizmlə mübarizə səylərimiz çərçivəsində xüsusi koordinator təyin etmişəm. Terrorla mübarizədə təlimatlarımızı yeniləmək prosesindəyik. Bunlar həm Türkiyə, həm də bütün NATO üçün vacibdir. İsveç də eyni zamanda, kəşfiyyat mübadiləsini artırıb. Təhlükəsizlik qüvvələri daha yaxından işləyir. PKK, təkcə Türkiyə tərəfindən deyil, İsveç və eləcə də digər NATO müttəfiqləri tərəfindən də terror təşkilatı kimi qəbul edilir",- deyə Stoltenberq bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər