Türkiyənin Baş Qərargah rəisi belçikalı həmkarı ilə görüşüb

Türkiyənin Baş Qərargah rəisi belçikalı həmkarı ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak Belçikanın Baş Qərargah rəisi, admiral Mişel Hofman ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, Metin Gürakın rəsmi dəvəti ilə Ankaraya gələn admiral Hofman üçün Baş Qərargahda hərbi mərasim keçirilib. Mərasimdən sonra Gürak və Hofman Baş Qərargahda görüşüb.

Görüş zamanı hərbi əlaqələr, regional və beynəlxalq hadisələr müzakirə edilib.

Aytac Süleymanova

Twitter: a_alieva_