Türkiyə Balkanların ən böyük və güclü ölkəsidir - Serbiya Müdafiə Nazirliyi

Türkiyə Balkanların ən böyük və güclü ölkəsidir - Serbiya Müdafiə Nazirliyi

Bakı. TurkicWorld:

Türkiyə Balkanların ən böyük və güclü ölkəsidir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Serbiya Müdafiə nazirliyinin dövlət katibi Nemanya Staroviç deyib.

"Türkiyə Balkanların ən böyük və güclü ölkəsidir. Mən həmişə demək istəyirəm ki, Balkanlarda yaşayan bizlər üçün Türkiyə regional supergücdür. Hərbi və iqtisadi sahədəki əməkdaşlıqda hər iki ölkə bir-birindən faydalana və bir-birini tamamlaya biləcək potensialdadır. Türkiyədə istehsal olunan bir çox texnika Serbiya üçün maraqlıdır. Bizim çox yaxşı dinamikamız var, müsbət impuls qazanmışıq. Hal-hazırda ayda bir dəfə təhlükəsizlik və müdafiə sahəsində yüksək səviyyəli görüş keçiririk və bu, həqiqətən də yaxşı və çox müsbət bir haldır",- deyə Staroviç bildirib.​

Dövlət katibi əlavə edib ki, Ankara ilə Belqrad arasında "yaxşı və konstruktiv" əlaqələrin olması Balkanlarda "sülh və sabitliyin qorunması" üçün əhəmiyyətlidir.

Aytac Süleymanova

Twitter: a_alieva_