Son dəqiqə

Avropa İttifaqı Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Ali Yerlikaya Aİ rəsmisi ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Brüsseldə Miqrasiya və Təhlükəsizlik üzrə Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli Dialoqun ikinci iclası üçün Aİ Komissiyasının daxili işlər üzrə komissarı Ylva Johansson ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı siyasət və tədbirlər haqqında fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyi və immiqrant qaçaqmalçılığı ilə mübarizə kimi bir sıra məsələlərdə ortaq yanaşmalar müzakirə edilib.

Tərəflər Viza Liberallaşdırılması Dialoqu çərçivəsində kriteriyaların yerinə yetirilməsi istiqamətində uğurlu nəticə və viza proseslərini sürətləndirərək Türkiyə vətəndaşlarının səyahətlərini asanlaşdırmaq yollarını araşdırmaq barədə də razılığa gəliblər.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər