Bakı. TurkicWorld:
Zonquldakda batan gəminin yeri müəyyən edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) sədri Okay Memiş açıqlama verib.
Məlumata əsasən, AFAD sədri batan gəminin yerinin müəyyən edildiyini və 25 metr dərinlikdə olduğunu bildirib.
Bundan əlavə, 11 dənizçinin axtarışları davam edir.
Qeyd edək ki, 19 noyabr tarixində Qara dənizdə qasırğa səbəbilə Türkiyəyə məxsus yük gəmisi batıb, hadisə nəticəsində bir nəfər həyatını itirib.