Son dəqiqə

Türkiyə Fransa Hakan Fidan

Türkiyə XİN rəhbəri Fransa prezidenti ilə görüşəcək

Bakı. TurkicWorld:

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan noyabrın 22-də Fransaya və İngiltərəyə rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, səfər zamanı Hakan Fidanın London və Parisdə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası ölkələrinin xarici işlər nazirləri, İngiltərə baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makronla görüşməsi gözlənilir.

Səfər çərçivəsində, Qəzza ilə bağlı mühüm məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 min 300-ə yüksəlib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər