Son dəqiqə

Türkiyə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Ziqana Tuneli

Ziqana Tuneli ilin ən uğurlu layihəsi mükafatına layiq görülüb

Bakı. TurkicWorld:

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi, Avtomobil Yolları Baş İdarəsinin (KGM) idarəçiliyində olan Cengiz İnşaat tərəfindən tamamlanan Ziqana Tuneli "İnşaat Metodologiyası" kateqoriyasında ilin ən uğurlu layihəsi mükafatına layiq görülüb.

TurkicWorld xəbər verir ki, bu barədə Beynəlxalq Yol Federasiyası (IRF) tərəfindən qərar verilib.

Məlumata əsasən, ABŞ-ın Phoenix şəhərində keçirilən mükafatlandırma mərasimində Nəqliyyat və İnfrastruktur Nazirliyi və KGM rəhbərləri iştirak edib.

Qeyd edək ki, tunelin ümumi uzunluğu 29 kilometr, eni 12 metrdir. Tuneldə tikinti işlərinə eyni vaxtda iki istiqamətdə başlanılıb. Gümüşhane vilayətində tunelin tikintisinə 2016-cı ilin aprelində, Trabzonda isə həmin ilin avqustunda başlanılıb. Tuneldə 6 ventilyasiya sistemi quraşdırılıb.

Türkiyə və Avropanın ən uzun, dünyanın isə üçüncü ən uzun tuneli Trabzon-Gümüşhane magistralında yerləşən Ziqana tunelinin mayın 3-də Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı olub.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər