Son dəqiqə

Özəl Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Türkiyədə sel və fırtına nəticəsində doqquz nəfər həyatını itirib - Yerlikaya

Bakı. TurkicWorld:

Türkiyədə baş verən sel və fırtına nəticəsində doqquz nəfər həyatını itirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Məlumata əsasən, hadisə nəticəsində 50 nəfər yaralanıb, 11 nəfərin axtarışları davam edir.

"739 nəfər axtarış-xilasetmə fəaliyyətləri həyata keçirir. Axtarış-xilasetmə işləri 295 avtomobil, iki təyyarə və bir vertolyot patrul gəmisi ilə intensiv şəkildə davam edir", - deyə A.Yerlikaya əlavə edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər