Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
TurkicWorld-un məlumatına görə, təkbətək görüşən Ərdoğan və Ştaynmayer, nümayəndə heyətləri arasında keçirilən görüşə də rəhbərlik ediblər.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Almaniyaya rəsmi səfər edib. Səfər çərçivəsində, Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə görüşəcək.
Türkiyə prezidenti buradakı diplomatik görüşləri zamanı İsrailin Fələstinə qarşı qeyri-insani hücumlarını gündəmə gətirəcək və İsrailin hücumlarına qarşı səssiz qalan Avropa ölkələrinə Berlindən mesaj verəcək.
Aytac Süleymanova
Twitter: a_alieva_







