Bakı. TurkicWorld:
Türkiyədə Avropa İttifaqı ilə yüksək səviyyəli dialoq görüşü keçiriləcək.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Sənaye və texnilogiya naziri Mehmet Fatih Kacır məlumat verib.
"Gələcək aylarda Türkiyədə Avropa İttifaqı ilə yüksək səviyyəli dialoq görüşü keçiriləcək. Başda yüksək texnologiya sahələrində olmaqla, Türkiyə-Aİ əməkdaşlığını gücləndirmək üçün ekosistem paydaşları bir araya gələcək. Hədəfimiz Türkiyəni Avropanın texnologiya, tədqiqat, inkişaf və innovasiya ölkəsinə çevirməkdir",- deyə nazir bildirib.
Aİ-nin Genişlənmə üzrə komissarı Varhelyi ilə görüşü məsələsinə də toxunan Kacır qeyd edib ki, qarşıda Aİ sammiti var. Varhelyinin, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell ilə birlikdə həyata keçirdiyi işlər, Türkiyənin Aİ üzvlüyünə əhəmiyyətli töhfələr verəcək. Ümid edirəm ki, bu mövzuda çox yaxşı bir nöqtəyə yaxınlaşırıq.
"Türkiyə hələ Aİ-nin üzvü olmasa da, Avropanın təbii üzvüdür və əslində Avropa ailəsinin bir hissəsidir. Biz Avropa dəyər zəncirlərində çox mühüm rol və məsuliyyəti öz üzərimizə götürmüşük. Bu gün türk şirkətləri Avropa İttifaqının (Aİ) üzvü olmadığı halda belə, çox mühüm rol oynayırlar. Bir çox məhsulların istehsalında - dəmir, polad, düz şüşə, günəş panelləri və s. kimi sahələrdə biz, Avropanın istehsal bazasıyıq. Türkiyə ağ əşyalar və sement kimi sahələrdə Avropanın ən böyük istehsal ölkəsidir. Biz Aİ üçün çox əhəmiyyətliyik",- deyə Kacır vurğulayıb.
Kacır əlavə edib ki, keçiriləcək Türkiyə-Aİ görüşündə viza liberallaşdırılması və Gömrük İttifaqı məsələsi də gündəmdə olacaq. Biz ümid edirik ki, bu məsələlərdə müsbət nəticələr əldə olunacaq.
Aytac Süleymanova
Twitter: a_alieva_