Son dəqiqə

Türkiyə Bayraktar TB3 BƏƏ Efiopiya

BƏƏ hələ sınaq mərhələsində olan Bayraktar TB3 PUA-nı Türkiyədən tədarük edəcəyini açıqlayıb

Bakı. TurkicWorld:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hələ sınaq mərhələsində olan Bayraktar TB3 PUA-nı Türkiyədən tədarük edəcəyini açıqlayıb.

TurkicWorld-un məlumatına görə, pilotsuz uçuş aparatları sahəsində dünya nəhənginə çevrilən BAYKAR, Bayraktar TB2 və Bayraktar AKINCI tipli PUA-ların ixracat fəaliyyətini davam etdirir. İndiyədək 32 ölkə ilə Bayraktar TB3 və 8 ölkə ilə AKINCI TİHA ixracı üçün müqavilə imzalayan BAYKAR, ümumilikdə öz məhsullarını 33 ölkəyə ixrac edib.

Bayraktarı seçən ölkələr arasında Qırğızıstan, Azərbaycan, Pakistan və Səudiyyə Ərəbistanı ilə yanaşı, Efiopiya da var.

40-cı seriya istehsalı olan AKINCI TİHA (S40) Efiopiyaya çatdırılacaq. Efiopiyanın cəmi neçə ədəd tədarük edəcəyi bəlli olmasa da, Şərqi Afrika ölkəsi daha əvvəl Bayraktar TB2 SİHA-nı da tədarük etmişdi.

Birləşmiş Ərəb Əmirlikləri, Bayraktar TB3 modelini almaq üçün Baykar ilə də danışıqlar aparır.

​Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər