Ərdoğan İtaliyanın baş naziri ilə görüşüb

Ərdoğan İtaliyanın baş naziri ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon danışığı aparıb.

TurkicWorld-un məlumatına görə, telefon danışığı zamanı İsrailin Qəzzaya şiddətini artıran və insan haqlarının pozulmasını ehtiva edən hücumları və bölgədəki humanitar böhran müzakirə edilib.

Prezident Ərdoğan Fələstin torpaqlarına qarşı vəhşiliyin dərinləşdiyinə, dinc ölümlərin hər keçən dəqiqə artdığına diqqət çəkərək, müharibə cinayətləri törədən İsrailin beynəlxalq məhkəmələrdə cəzalandırılması üçün çalışacaqlarını, atəşkəs və daimi sülh təminatı üçün İtaliyadan dəstək gözlədiklərini qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

​Aytac Süleymanova

Twitter: a_alieva_