“Türkiyə Yaşıl Fondu” qurulacaq - Mehmet Şimşek

“Türkiyə Yaşıl Fondu” qurulacaq - Mehmet Şimşek

Bakı. TurkicWorld:

Biz "Türkiyə Yaşıl Fondu" adlı vençur kapitalı investisiya fondu quracağıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek məlumat verib.

"Layihə müəssisələrə yaşıl maliyyələşdirmə təmin etmək, yaşıl texnologiyalara investisiyaları təşviq etmək və maliyyə sektorunu şaxələndirmək məqsədi daşıyır. "Türkiyə Yaşıl Fondu" adlı bir vençur sərmayəsi investisiya fondu qururuq. Fond yaşıl sahəyə və innovativ transformasiya şirkətlərinə öz kapitalı ilə maliyyə təmin edəcək",- deyə nazir bildirib.

Fondun sərmayə bazarı şurasının qanunvericiliyinə tabe olacağını bildirən Şimşək qeyd edib ki, Dünya bankının krediti də fond üçün bir qaynaq olacaq.

"Dünya bankının verdiyi 155 milyon dollarlıq kreditin təsiri ilə fonda digər investorlardan qaynaq təmin edilməsi və sonrakı dövrdə fondun həcminin artırılması hədəflənir. Dünya bankının ölkəmizə ayırdığı maliyyə vəsaiti 2023-cü ildə rekord həddə - 3,3 milyard dollara çatıb. Bu, Dünya bankının ölkəmizin inkişaf gündəliyinə və iqtisadi proqramına etimad və dəstəyinin konkret nümunəsidir",- deyə nazir əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_