TBMM sədri KKTC-nin yaranmasının 40-cı ildönümünü təbrik edib

TBMM sədri KKTC-nin yaranmasının 40-cı ildönümünü təbrik edib

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Şimali Kipr Türk Respublikasının yaranmasının 40-cı ildönümünü təbrik edib.

TurkicWorld xəbər verir ki, TBMM sədri bu barədə öz rəsmi X sosial media hesabında paylaşım edib.

"Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 40-cı ildönümünü təbrik edir, KKTC-nin müstəqilliyi və gələcəyi üçün mübarizə aparan qəhrəman şəhidlərimizi və qazilərimizi rəhmətlə yad edirəm. Türkiyə olaraq Kipr türk xalqının rifahı üçün dəstəyimiz sonsuza qədər davam edəcək”, - deyə o bildirib.

X: Lamanasadli01