Türkiyə müdafiə sənayesi daxilində inkişaf etdirilən pilotsuz uçan aparatların aşkarlanması və bloklanması sistemi daha da təkmilləşdirilir

Türkiyə müdafiə sənayesi daxilində inkişaf etdirilən pilotsuz uçan aparatların aşkarlanması və bloklanması sistemi daha da təkmilləşdirilir

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesi daxilində inkişaf etdirilən və 10-dan çox ölkəyə ixrac edilən pilotsuz uçan aparatların aşkarlanması və bloklanması sistemi daha da təkmilləşdirilir.

TurkicWorld-un məlumatına görə, Türk müdafiə sənayesi daxilində inkişaf etdirilən və 10-dan çox ölkəyə ixrac edilən pilotsuz uçan aparatları aşkarlama və bloklama sistemləri ilə təhlükəsizlik qüvvələrinin ehtiyaclarını qarşılayan Boğaziçi Müdafiə, döyüş meydanındakı tələb və ehtiyaclara əsaslanaraq yeni həll yolları hazırlayıb.

Bu barədə Boğaziçi Müdafiə İdarə Heyətinin sədri Fatih Aslan məlumat verib.

"Bu çərçivədə dron aşkarlama və bloklama sistemlərini inkişaf etdirərəkən sahədəki inkişafları və ehtiyacları yaxından izləyirik. Türkiyənin dron ovçusu yeni imkanlarla güclənir. Fəaliyyət göstərdiyimiz hər sahədə hücumların qarşısının alınması vəzifəsini öz üzərimizə götürmüşük. Türkiyənin 81 vilayətində, bütün ölkə daxilində və xaricdə yüzlərlə nöqtədə qoruma təmin edirik. Yeni hazırladığımız İLTER J350 Dron aşkarlama və ələ keçirmə sisteminin prototipi hazırlanıb, çöl sınaqları tamamlanıb və ən qısa zamanda kütləvi istehsala başlanılaq. J350 modeli ilə siqnal çıxış gücünü 250 vattdan 350 vata yüksəltdik, beləliklə də sistemin tıxanma və yanıltma qabiliyyətini artırdıq",- deyə Fatih Aslan bildirib.

Meydandakı ən böyük problemlərdən birinin düşmən ünsürləri bloklayarkən, dost elementlərin bundan mənfi təsirlənməsi olduğunu ifadə edən Arslan qeyde dib ki, bunun üçün də həll yolu hazırlamışıq.

"Biz özümüzü düşməndən qoruduğumuz halda, elementlərimizin də uçması faktına sahibik. Bu sistemlərə müdaxilə edilərkən, sistemlərimiz bu baxımdan davamlı olsa da, müəyyən məqamlarda çaşqınlığa qarşı effektivliyini itirir və digər nəticələr yaranır. Bununla əlaqəli bir məhsulumuz var, həm də dostla düşməni daha yaxşı ayırd edə bilir. Məhsulun Ar-Ge işləri tamamlandı, ilk prototipi istehsal edildi, onun kvalifikasiyası tamamlanmaq üzrədir. Bu, protokol əsaslı məhsuldur. Türkiyədə inkişaf etdirdiyimiz ilk sistemdir. Eşidirik ki, oxşar sistemlər var, amma bizim həllimiz tamamilə yerli imkanlarla hazırlanmış bir sistemdir. Biz bunu tezliklə inventarlaşdırmağı planlaşdırırıq”,- deyə Fatih Aslan vurğulayıb.

Qeyd edək ki, İLTER J250 dron aşkarlama və bloklama sistemi RF sensorları ilə fırlanan və ya sabit qanadlı mini/mikro dronlara qarşı tam avtomatik aşkarlama işlərini yerinə yetirir. Ümumi gücü 250 vattdan çox olan sistem daxili batareyası ilə mobil və stasionar kampuslar üçün hazırlanıb. Çoxsaylı dron hücumlarına qarşı 360 dərəcə aşkarlama və bloklama qabiliyyətinə malik olan sistem GNSS diapazonlarında 8 kilometrə qədər məsafə və saxta koordinatları aşkarlaya bilir.

İLTER HP Mobil Yüksək Güclü GNSS Spoofing və ISM Bloklama Sistemi, uzun effektiv diapazonu və hərəkətliliyi ilə təhlükəsiz ərazilərdən 80 kilometrə qədər hədəf nöqtələrini bloklaya bilir.

4X4 qapalı qutu avtomobilə quraşdırılan sistem 24 saat fasiləsiz işləyə bilir.

Aytac Süleymanova

Twitter: a_alieva_