ROKETSAN Dubai Airshow 2023 sərgisində məhsullarını nümayiş etdirir

ROKETSAN Dubai Airshow 2023 sərgisində məhsullarını nümayiş etdirir

Bakı. TurkicWorld:

Türkiyənin ROKETSAN şirkəti Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubai Airshow 2023 sərgisində öz məhsullarını nümayiş etdirir.

TurkicWorld xəbər verir ki, sərgidə ən son texnologiya məhsulunu nümayiş etdirən Roketsan dünyanın ən əhəmiyyətli bazarlarından biri olan Körfəzdə əməkdaşlıqlarını artırmağı hədəfləyir.

Məlumata əsasən, bu gün başlayan və noyabrın 17-dək davam edəcək sərgidə ROKETSAN Pilotsuz Uçuş Aparatlarını (PUA), Çakır raketi ilə birlikdə adını dünyaya tanıdan MAM-C, MAM-L və MAM-T mini ağıllı sursatlarını, Sungur Hava Hücumundan Müdafiə Raket Sistemini, Stand-Off Sursat SOM və Mikro Peyk Atış Sistemini nümayiş etdirir.

"Müdafiə və aerokosmik sənayedə artan müsbət kommersiya əlaqələrimizin bəhrələrini ən yaxşı şəkildə əldə etməyi hədəfləyirik. Dubay Airshow-da keçirəcəyimiz görüşlərlə konkret addımlar ataraq, Türkiyə iqtisadiyyatına töhfə verməyə və bayrağımızı hər coğrafiyada dalğalandırmaqda davam edəcəyik", - deyə ROKETSAN baş direktoru Murat İkinci bildirib.

X: Lamanasadli01