Son dəqiqə

FNSS PARS 8x8

Türkiyənin yeni zirehli maşını PARS X 8x8-in tanıtımı keçirilib

Bakı. TurkicWorld:

Silah Daşıyan Vasitələr Layihəsi çərçivəsində 300-cü avtomobilin təhvil verilməsi üçün təşkil edilən mərasimdə Türkiyənin yeni zirehli maşını, FNSS-in bir müddətdir üzərində çalışdığı PARS X 8x8-in tanıtımı keçirilib.

TurkicWorld-un məlumatına görə, PARS X 8X8 Türkiyə müdafiə sənayesində inkişaf etdirilən taktiki təkərli maşınlar siyahısına əlavə edilib.

FNSS, 15 tonluq sinifli paletli zirehli maşınlardan orta çəki dərəcəli tanklara, 4X4-dən 8X8-ə qədər taktiki təkərli zirehli maşınlara, mobil üzgüçülük hücum körpülərindən zirehli istehkam iş maşınlarına qədər geniş məhsul portfelinə malikdir.

Bu çərçivədə, bu günə qədər inkişaf etdirilən bir çox 4X4, 6X6 və 8X8 avtomobilləri həm ölkə daxilində, həm də xaricdə xidmətdədir.

Yüksək hərəkət qabiliyyəti, sürəti və qorunma səviyyəsi ilə istifadəçiləri üçün fərq yaradacaq PARS X 8X8 ən qabaqcıl missiya sistemləri ilə təchiz ediləcək.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər