Son dəqiqə

Türkiyə FNSS PARS 8x8

PARS ALPHA dünyadakı rəqibləri ilə müqayisədə bir çox üstünlüklərə malikdir - Nail Kurt

Bakı. TurkicWorld:

PARS ALPHA dünyadakı rəqibləri ilə müqayisədə bir çox üstünlüklərə malikdir.

TurkicWorld-un məlumatına görə, bu barədə FNSS-in baş direktoru Nail Kurt deyib.

Türkiyə müdafiə sənayesi yeni nəsil zirehli döyüş maşını PARS ALPHA 8X8 ilə hərbi quru maşınlarında 5-ci nəsil həllə nail olub.

Zirehli quru vasitəsi istehsalçısı FNSS, PARS avtomobil ailəsinin yeni üzvü PARS ALPHA-nı ilk dəfə Səudiyyə Ərəbistanında keçirilən Dünya Müdafiə Sərgisində nümayiş etdirib.

FNSS-in baş direktoru Nail Kurt PARS ALPHA-nın 5-ci nəsil zirehli maşın olduğunu bildirib.

Qeyd olunub ki, ənənəvi zirehli döyüş maşınlarında həm təkərli, həm də tırtıllı avtomobillərdə sürücünün oturduğu ön hissədə, onun yanında güc qrupu bölməsi, arxada isə ayrıca bölmə var.

Baxış bucağı 180 dərəcədən çox olan iki nəfərlik kupenin olduğunu bildirən Kurt, bu kupenin arxasında bir güc qrupunun olduğunu və digər missiya texnikası və personalının yerləşdiyi hissəyə dəhliz vasitəsilə bağlandığını bildirib.

“Təxminən 60-70 santimetrlik üstünlük qazandıq. Yeni nəsil 8X8 avtomobilləri əslində çox böyük, uzun nəqliyyat vasitələridir. Güc qrupları da çox güclüdür, təxminən 700 at gücü. Bu vasitədə təxminən 60-70 santimetr qısaltma əldə etdik. Bundan əlavə, daxili həcmdə təxminən 2-2,5 kubmetr artıma nail olduq. Avtomobili innovativ adlandırmağımın səbəblərindən biri də budur.” - deyə Kurt qeyd edib.

O bildirib ki, bu xüsusiyyət nəqliyyat vasitəsinin dönmə dairəsini azaldır və xüsusilə yaşayış məhəllələrində onu çox faydalı edir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər