Son dəqiqə

Türkiyə FNSS PARS 8x8

Türkiyə istehsalı PARS ALPHA Ümumdünya Müdafiə Sərgisində nümayiş etdiriləcək

Bakı. TurkicWorld:

Türk müdafiə sənayesi çərçivəsində hazırlanan yeni nəsil PARS ALPHA 8X8 zirehli döyüş maşını PARS ALPHA Ümumdünya Müdafiə Sərgisində nümayiş etdiriləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin aparıcı hərbi maşın istehsalçılarından biri olan FNSS bildirib.

Yeni nəsil zirehli döyüş maşınının təqdimatı 4-8 fevral tarixləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək.

Yüksək hərəkət qabiliyyəti, sürəti və qorunma səviyyəsi ilə istifadəçiləri üçün fərq yaradacaq PARS ALPHA 8X8 ən qabaqcıl missiya sistemləri ilə təchiz ediləcək.

Qeyd olunub ki, PARS ALPHA-nın xüsusiyyətləri beynəlxalq bazarlarda iddialı seçim yaradacaq.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər