Son dəqiqə

Türkiyə Misir Mehmet Şimşek

Türkiyənin irəliyə getməsinin yeganə yolu ilk növbədə öz daxilində islahatlar aparmaqdır - Mehmet Şimşək

Bakı. TurkicWorld:

Misir və Türkiyənin irəliyə getməsinin yeganə yolu ilk növbədə öz ölkələrində islahatlar aparmaqdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek, İstanbulda keçirilən 14-cü Türkiyə-Ərəb İqtisadi Forumunda(TAF)çıxışı zamanı deyib.

"Dünyada maliyyə şərtləri çox sıxdır. ABŞ xəzinədarlığı illik 10 faizlik istiqrazların 5 faiz gəlirli olmasını tövsiyə edir. Burada rəqabət aparmaq çox çətindir. Belə ölkələrə baxdığımızda Küveyt, Səudiyyə Ərəbistanı və Qətər kimi bu ölkələrdə pul axını azdır. Bu ölkələr asılı ölkələr deyil. Bu ölkələrin öz resursları var. Bu resurslardan yaxşı istifadə olunarsa, çox ciddi transformasiya prosesi başlaya bilər. Baxdığımız zaman Misir və Türkiyə kimi ölkələrdə xarici dəstəyə ehtiyacımız ola bilər. Misir və Türkiyənin irəliyə getməsinin yeganə yolu ilk növbədə öz ölkələrində islahatlar aparmaqdır. Etibarlarını bərqərar etmək üçün ölkəyə cəlb olunacaq pul axını yaxşı olmalıdır və struktur islahatları dəstəklənməlidir”,- deyə nazir bildirib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər