Son dəqiqə

Fələstin İsrail ABŞ Entoni Blinken Türkiyə xarici işlər nazirliyi Hakan Fidan Qəzza

Hakan Fidan ABŞ-dan Qəzzada dərhal atəşkəs tələb edib

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı Qəzzada dərhal atəşkəs tələb edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələrindən bildirilib.

“Türkiyə və ABŞ Qəzzada mülki əhalinin zərər görməsinin qarşısının alınması, humanitar yardımın çatdırılması və iki dövlətli həll məsələlərində həmfikirdir”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkeni qəbul edib. Görüş çərçivəsində İsrail-Fələstin münaqişəsi barədə müzakirələr aparılıb.

Ləman Əsədli

X: Lamanasadli01

Mövzuya görə xəbərlər