Son dəqiqə

Türkiyə Qazaxıstan Şimali Kipr Türk Respublikası Hakan Fidan

Şimali Kipr xalqına tətbiq edilən təcridə son verilməlidir - Hakan Fidan

Bakı. TurkicWorld:

Şimali Kipr xalqına tətbiq edilən təcridə son verilməlidir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türk Dövlətləri Təşkilatının liderlər zirvəsi öncəsi keçirilən Xarici İşlər Nazirləri Şurasının Toplantısına qatılan, Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Həmkarlarımı Şimali Kipr Türk Cümhuriyyətini dəstəkləməyə çağırıram. KKTC xalqına tətbiq edilən ədalətsiz və insanlıqdan kənar təcridin qarşısında birlikdə olmalıyıq",- deyə o bildirib.

Qeyd edək ki, 3 noyabr tarixində Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu sammiti keçirilib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər